Macar forvard: “Qarabağ”ı daha yaxşı analiz etməliyik, görək necə olacaq”

00:50 Qarabağ 159
Macar forvard: “Qarabağ”ı daha yaxşı analiz etməliyik, görək necə olacaq”

"Deməyə çox söz yoxdur.

Təbii ki, iki top fərqi ilə məğlub olmaq bizi məyus etdi, amma qarşıda hələ bir oyun var.

Düşünürəm ki, ikinci oyunda daha yaxşı oynamalıyıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının pley-off mərhələsində ötən gecə "Qarabağ"a Budapeştdə uduzan "Ferensvaroş"un hücumçusu Barnabas Varqa deyib.

1:3 hesablı məğlubiyyətdən sonra yerli RTL nəşrinə açıqlama verən Macarıstan klubunun yeganə qolunun müəllifi etiraf edib ki, hesabda üstün olduqları ilk hissədə də "Qarabağ"dan yaxşı oynamayıblar:

"İlk hissədə də rəqibdən üstün deyildik. Onlar daha yaxşı oyun göstərdilər. Buna görə dəyişiklik etməliyik və ikinci oyunda göstərməliyik ki, Çempionlar Liqasında yerimiz var.

Elə düşünmürəm ki, "Qarabağ" bizi təəccübləndirdi. Bəlkə də, orta sahədə bir az topa çox nəzarət edirdilər".

Macarıstan millisinin üzvü 1:3 hesablı məğlubiyyətin dünyanın sonu olmadığını da əlavə edib:

"Rəqibi daha yaxşı analiz etməliyik. Görək necə olacaq. Hələ qarşıda bir oyun var.

Hər şey ola bilər. Bütün gücümüzü ortaya qoyacağıq. İki top fərqi dünyanın sonu deyil".

Komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 18:10 Çək və bizə göndər!