
"Biz futbol ölkəsi deyilik. Deyirlər ki, Qurban Qurbanov ona gələn təklifləri dəyərləndirmir.
Axı, o, gedəcəyi təqdirdə, "Qarabağ"ın da digər klublardan fərqi olmayacaq.
Məsələn, Gürcüstanda hansısa bir klub belə uğur qazansaydı, futbolçularının səsi Avropanın "Top-5" ölkələrindən gələrdi. Amma bizdə uğurlu çıxışın geridönüşü, təəssüflər olsun ki, yoxdur".
Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan "Avropa həftəsi" verilişində səsləndirilib.
Aparıcı Elçin Cəfərov futbol mütəxəssisi Amit Quluzadə ilə birlikdə Çempionlar Liqasının pley-off məhələsinin ilk oyunları çərçivəsində keçirilən "Ferentsvaroş" - “Qarabağ” (1:3) matçı ilə bağlı şərhlər verib.
Onlar Qurban Qurbanovun Azərbaycanda qalmasının səbəbləri haqda danışıb.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN