Azərbaycanın ən məşhur klubunu "Beşiktaş" və "Fənərbaxça"nın prezidentinə nümunə göstərdi

22 Avqust 2025 09:00 Qarabağ 1 037
Azərbaycanın ən məşhur klubunu "Beşiktaş" və "Fənərbaxça"nın prezidentinə nümunə göstərdi

"Turan"ın sabiq baş məşqçisi Naci Şensoy sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, 67 yaşlı türkiyəli mütəxəssis "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda "Ferensvaroş"u 3:1 hesabı ilə məğlub etməsinə biganə qalmayıb.

O, Azərbaycan çempionunu Türkiyənin nəhəng klublarına nümunə göstərib:

"Fənərbağça"nın, "Beşiktaş"ın prezidentləri və ümumiyyətlə Türkiyədəki klublar, gedin "Qarabağ"ın rəhbərliyindən və baş məşqçisindən 20 milyon avroluq büdcə ilə Çempionlar Liqasına necə vəsiqə qazanmağın mümkün olduğunu öyrənin.

Pul çox şeydir, amma hər şey demək deyil".

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO