“Qarabağ”ı izləmədim, Qurban Qurbanovu təbrik edirəm”

00:30 Qarabağ 166
“Qarabağ”ı izləmədim, Qurban Qurbanovu təbrik edirəm”

"Azərbaycan futbolu üçün uğurlu axşam oldu".

Sportinfo.azxəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Rusiya millisinin və “Ferensvaroş"on sabiq baş məşqçisi, hazırda “Axmat”ı çalışdıran Stanislav Çerçesov “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində keçmiş komandasına 3:1 hesabı ilə qalib gəldiyi oyun barədə danışarkən deyib.

O, hesabın hər şeydən xəbər verdiyini bildirib:

“Mən oyunu izləmədim, ona görə də futbolçuların vəziyyəti barədə konkret fikir bildirə bilmirəm. Ancaq nəticə kimin güclü olduğunu göstərir.

Bu hesabdan sonra “Qarabağ” cütün favoriti sayılır. İki top fərqi böyük üstünlükdür.

Bununla belə, cavab görüşü heç də asan olmayacaq. Bu səviyyədəki matçlarda hər detal həlledici rol oynaya bilər.

Qurban Qurbanovu və “Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Hesab 3:1 oldu, deməli, güclü tərəf qalib gəldi. Uğurlar arzulayıram”.

Komandalar arasında cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 17:30 Çək və bizə göndər!
21 Avqust 13:20 Azərbaycanın XEYİRİ