“Əgər “Qarabağ”la hesabı 2:3 edə bilsəydik, heç olmasa...”

21 Avqust 22:40 Qarabağ 289
“Əgər “Qarabağ”la hesabı 2:3 edə bilsəydik, heç olmasa...”

"Ferentsvaroş"un qapıçısı və kapitanı Dibuş Deneş "Qarabağ"a 1:3 hesabı ilə uduzmaları və cavab matçı ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Macarıstan millisinin 34 yaşlı qolkiperi ikinci hissədə yarımmüdafiəyə nəzarət edə bilmədiklərini deyib.

Cavab oyununu nəzərə alan Deneş hələ qarşıda 90 dəqiqənin olduğunu də vurğulayıb:

“Qolları rəqib vurdu, ilk hissədə də imkanları oldu, amma xoşbəxtlikdən onları dəyərləndirə bilmədilər.

Barnabaş Varqa çox gözəl bir fərdi hərəkətin sonunda fərqləndi, Levinin də, demək olar ki, boş qapıya vurmaq kimi böyük bir şansı oldu. F

asiləyə qədər üstünlüyü haqlı olaraq əldə etmişdik. İkinci hissədə isə artıq orta sahəyə nəzarət edə bilmədik və "Qarabağ" bir qədər üstünlük qazandı.

Onlar imkanlarından çox yaxşı istifadə etdilər. İkinci hissədə hər şey onların xeyrinə dəyişdi, amma təslim olmaq olmaz, çünki fərqi aradan qaldırmaq üçün hələ 90 dəqiqəmiz var.

Oyunun sonunda bizim də bir-iki imkanımız oldu, əgər hesabı 2:3 edə bilsəydik, heç olmasa, bir qədər yaxşı əhvalla meydanı tərk edərdik”.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 17:30 Çək və bizə göndər!
21 Avqust 13:20 Azərbaycanın XEYİRİ