“Qarabağ”ı qapının ağzında gözləyən 37 milyon manat

21 Avqust 20:40 Qarabağ 1 019
“Qarabağ”ı qapının ağzında gözləyən 37 milyon manat

“Qarabağ” 2017-ci ildən bu yana Çempionlar Liqasının Liqa mərhələsinə (qrup mərhələsi) bu qədər yaxın olmayıb.

2022/23 mövsümündə pley-offda Plzen “Viktoriya”sında “ilişən” (0:0, 1:2) təmsilçimizin 2024/25 mövsümündə eyni mərhələsində qarşısını Zaqreb “Dinamo”su kəsmişdi (0:3, 0:2).

Avqustun 19-da səfərdə “Ferenetvaroş”u 3:1 hesabı ilə məğlub edən “köhlən atlar” cavab qarşılaşması öncəsi ciddi üstünlük əldə edib.

“Qarabağ” ÇL-in Liqa mərhələsinə vəsiqə qazanmaqla təkcə Avropanın nəhəng klublarını Bakıya gəlməyə məcbur etməyəcək. Həm də büdcəsini zənginləşdirəcək.

Burada söhbət 18 milyon 620 min avroda, yəni 36 milyon 800 min manatdan gedir.

Liqa mərhələsində 36 ən yaxşı klub arasında yer almaq üçün UEFA məhz bu məbləğdə bonus verir.

Pley-offdan qayıdan klub isə 4 milyon 290 min avroyla (8 milyon 480 min manat) kifayətlənmək məcburiyyətində qalır.

İşdir-şayət, “Qarabağ” “Ferentsvaroş”u keçə bilməsə, ÇL-in pley-offunda iştirak etdiyi üçün 4 milyon 290 min avrodan əlavə Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazandığı üçün 4 milyon 310 min avro (8 milyon 520 min manat) qazanacaq. Bu, ümumilikdə 8 milyon 600 min avro (17 milyon manat) edəcək.

“Qarabağ”la “Ferentsvaroş” arasındakı cavab oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti saat 20:45-də çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 17:30 Çək və bizə göndər!
21 Avqust 13:20 Azərbaycanın XEYİRİ