“Qarabağ” macar azarkeşləri “dəli etdi”: “Bu rəqibi uda bilməyən komanda...”

16:00 Qarabağ 388
“Qarabağ” macar azarkeşləri “dəli etdi”: “Bu rəqibi uda bilməyən komanda...”

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin bir addımlığındadır.

Pley-offa qədər irəliləyən təmsilçimiz gecənin bəlkə də ən sürpriz nəticəsinə Macarıstanda imza atdı.

“Köhlən atlar” “Ferentsvaroş”la qarşılaşmada hesabda 0:1 geri olmasına baxmayaraq, 3 qol vurub vətənə layiqli qələbə ilə qayıtdı.

“Qarabağ”ın Budapeştdəki məlum zəfəri macar azarkeşləri “dəli edib”. Onlar klubun sosial media səhifələrində yazdıqları şərthlərlə əsəblərini soyutmağa çalışırlar.

Maraqlı rəylərdən bəzilərini təqdim edirik:

“Həmişə cavab oyununu gözləyərdim. İndi bu, məni qəti maraqlandırmır. Çünki Avropa Liqası “xoş gəlmisən” deməyə hazırlaşır”.

“Səfərdə 2:0 udub penalti seriyasına getmək və dəqiq zərbələr hesabına Çempionlar Liqasında qalmaq. Elə vəziyyət yaranıb ki, artıq fantaziya etmək də işə yaramır”.

“Fradi”ni çoxdandır belə aciz görməmişdim. Əlvida, Çempionlar Liqası. Rəqib 2 top üstünlüyü çətin əldən versin”.

“Qol imkanlarını boşa verib, müdafiədə uşaq səhvləri edirsənsə, sonluğun biabırçı olması normaldır. Qələbəni haqq edən tərəf onlar idi. “Fradi” isə, sadəcə, baxırdı”.

“Bu rəqibi uda bilməyən komanda Çempionlar Liqasında oynamağı haqq etmir. Layiqli məğlubiyyətə görə günahı olan hər kəsə “təşəkkür”.

“Robbi Kin yaxşı futbolçu olub. Ancaq yaxşı məşqçi olmağına çox var. Oyunu o, uduzdu”.

“Azərbaycan komandası səfərdə 3 qol vurmağı bacardısa, siz də cavab görüşündə 2 top vura bilərsiniz. Haydi, göstərin özünüzü. Hələ heç nə bitməyib”.

“Robbi oyundan sonra məğlubiyyətə bağlı müxtəlif səbəblər səsləndirib. Lakin əsl səbəbi – məşqçi olmadığını etiraf etməyə cəsarəti çatmayıb”.

Komandalar arasında cavab görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti