
"Musa Qurbanlının qol vurmasına çox sevindim, çünki o, daim psixoloji basqı altındadır.
Qurban Qurbanovun baş məşqçisi olduğu komandada oğlunun forma geyinməsi hərtərəfli müzakirə edilir.
Ona görə də belə mental vəziyyətdə Musaya da çətindir.
Vurduğu qolda topu alışı, irəliləməsi və mükəmməl zərbə endirməsi... Bir sözlə, qapıya usta hücumçu zərbəsi endirdi".
Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan "Avropa həftəsi" verilişində Elçin Cəfərov tərəfindən səsləndirilib.
Futbol mütəxəssisi Amit Quluzadə ilə birlikdə Çempionlar Liqasının pley-off məhələsinin ilk oyunları çərçivəsində keçirilən "Ferentsvaroş" - “Qarabağ” (1:3) matçına aid şərhlər verən tanınmış jurnalist Musa Qurbanlı haqda dəyərləndirmələr edib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN