“Öz səhvlərimizdən “Qarabağ”ın üç qol vurmasına imkan yaratdıq”

21 Avqust 2025 00:30 Qarabağ 491
“Öz səhvlərimizdən “Qarabağ”ın üç qol vurmasına imkan yaratdıq”

“Qarabağ”la oyundakı səhvləri təhlil edəcəyik".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Ferensvaroş”un futbolçusu Aleks Tot Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a uduzduqları ilk oyundan (1:3) sonra deyib.

O, Ağdam təmsilçisinin əlinə düşən qol fürsətlərini yaxşı dəyərləndirib:

“Öz səhvlərimizdən rəqibin üç qol vurmasına imkan yaratdıq. Cavab oyununda şansımız var. Komandamıza güvənirəm”.

Komandalar arasında cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti