
"Qarabağ" Budapeştdə ən yeni tarixini yazdı. Hesabda geriyə düşdükdən sonra yenə əminlik var idi ki,
Qurban Qurbanovun komandası geridönüş edəcək.
Çünki ilk dəqiqələrdən tətbiq edilən basqı, yaradılan epizodlar və rəqibin qorxaq oyunu bunları deməyə əsas verirdi.
Oyunu son 30-40 metrdə oynayan "Qarabağ" sürətli ötürmə və düşüncə tərzi ilə istənilən komandaya çətinlik yarada bilər".
Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan "Avropa həftəsi"ndə səsləndirilib.
Elçin Cəfərovun aparıcısı olduğu verilişdə futbol mütəxəssisi Amit Quluzadə Çempionlar Liqasının pley-off məhələsinin ilk oyunları çərçivəsində keçirilən "Ferentsvaroş"-“Qarabağ” (1:3) matçı ilə bağlı şərhlər verib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN