
"Qarabağ" Macarıstan səfərində oyuna əla başladı. Start təzyiqinə imkan vermədi, səfər meydanı amilin hiss etdirmədi.
Bizim kimi, meydan sahibləri üçün də bu sürət sürpriz oldu.
Topa sahib olma yerində, kombinasiyalı hücumlarla real qola yaxın fürsətlər əldə olundu, amma nəticə yox.
Nəticə dediyimiz nöqtəni qoymaq, qol vurmaqdır. Və bu anda qabarıq görsənirdi ki, yaxşı forvarda ehtiyac var.
Davamında "Qarabağ"dakı boşluğu əyani olaraq "Ferentsvaroş" bizə göstərdi.
İlk ciddi hücuma cəhd, cərimə meydançasının xarici və Varqanın dəqiq zərbəsi ilə hesab açılır. Bu da sizə səviyyəli hücumçu fərqi...
Fasilədə yeni hücumçu almaq mümkün deyildi, ancaq Ağdam klubunun tarixinin ən yaxşı, ən bahalı, ən dəyərli transferi Qurban Qurbanov yenə iş başına keçdi.
Kollektivi necə silkələdi, nələr dedi, necə ayıltdı demək çətindir.
Tək həqiqət sehrli toxunuş etdiyi ortada idi.
Nəriman etməli olduğu işi Marko Yankoviç üzərinə götürdü.
Ardını mərkəz müdafiəçisi Kevin Medina gətirdi.
Macarların başını itirməsindən Musa Qurbanlı da əla istifadə edincə, ağır görünən səfərdən fantastik geridönüşlə qayıtmaq mümkün oldu.
Oyundan öncə Çempionlar Liqasının bir addımlığında olduğumuzu demişdim.
Məncə, ilk oyundan sonra təmsilçimizi əsas mərhələnin içində saymaq olar.
Qalır cavab görüşündə bunu rəsmiləşdirmək.
XANOĞLAN İMANOV