“Ferensvaroş” - “Qarabağ”: İynə atsan, yerə düşməyəcək!

16:20 Qarabağ 290
“Ferensvaroş” - “Qarabağ”: İynə atsan, yerə düşməyəcək!

Çempionlar Liqasının pley-off mərhələsinin bu gün keçiriləcək “Ferensvaroş” - “Qarabağ” görüşünə böyük maraq var.

Sportinfo.az xəbər verir ki, bu gün axşam Budapeştdəki “Groupama Arena”nın tam dolacağı gözlənilir.

Stadionun 23 min 700 azarkeş tutumu var. Bu, Ferens Puşkas stadionundan sonra Macarıstanın ikinci ən böyük arenasıdır.

Bu gün “Ferensvaroş”la yanaşı “Qarabağ” da dəstəksiz qalmayacaq.

Ağdam klubunun mətbuat xidmətindən bildirilib ki, bu gün səhərə olan məlumata əsasən, “Qarabağ” azarkeşlərinin olacağı sektora artıq 400 bilet satılıb. Bu say matçın başlamasına qədər daha da arta bilər.

“Ferensvaroş” - “Qarabağ” oyunu bu gün yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 23:00) başlanacaq.

Cavab matçı avqustun 27-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti