Bu məkan məxsusi olaraq "Qarabağ" üçün hazırlandı - VİDEO

15:00 Qarabağ 232
Bu məkan məxsusi olaraq "Qarabağ" üçün hazırlandı - VİDEO

Bu axşam keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş" - "Qarabağ" matçını (saat 23:00) Mərdəkanda izləmək mümkün olacaq.

Özü də açıq havada və böyük ekranda!

Bu, "See Breeze" və "Qarabağ"ın ortaq layihəsidir. Belə ki, "See Breeze" kurort şəhərciyində təxminən 5 min yerlik xüsusi zona yaradılıb.

Ərazidə 3000 ədəd oturacaq quraşdırılıb.1800-2000 nəfər isə eyni vaxtda ayaqüstə qarşılaşmaya tamaşa edə bilər.

Zonaya daxil olmaq asandır - futbolsevərlərdən heç bir ödəniş istənilmir.

Həmçinin oyuna "See Breeze"də baxmaq məqsədilə azarkeşlərə xüsusi ödənişsiz avtobuslar ayrılıb:

"Koroğlu" metrosu - "See Breeze"
Gediş: 19:45 - 21:30

"See Breeze" - "Koroğlu" metrosu
Qayıdış: 00:45 - 02:30

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti