XƏBƏRİNİZ OLSUN! Qurban Qurbanov buna çox üzüləcək - VİDEO

16:00 Qarabağ 690
XƏBƏRİNİZ OLSUN! Qurban Qurbanov buna çox üzüləcək - VİDEO

Ciddi tənqidlərə, təzyiqlərə rəğmən "Qarabağ" Çempionlar Liqasında yoluna davam edir.

"Şelburn", "Şkendiya" mübarizədən kənarlaşdırılıb.

Zəngin təcrübə, böyük soyuqqanlıqla.

İndi isə daha ciddi sınaq qapıdadır.

UEFA-nın ən nüfuzlu turnirdə əsas mərhələyə qalmaq üçün "Ferentsvaroş" səddini aşmaq lazımdır.

Macarıstan çempionu sıradan rəqib deyil. İrlandiya və Şimali Makedoniya çempionlarından 100% güclüdür.

Avropa səhnəsində yaxşı təcrübələri var.

Amma Ağdam klubu üçün münasib rəqib sayılmalıdır.

Əgər pley-off mərhələsindən danışırıqsa.

Məqsədi Çempionlar Liqasında çıxış etmək olan "köhlən atlar"a bunda münasib rəqib?

Məğlubiyyət faciə sayıla bilməz.

Şanslar 50-50-di.

Amma mərhələni adlamaq mümkün olmasa, Qurban Qurbanov başda olmaqla hər kəs buna çox üzüləcək.

40 milyon manat qazancın əldən çıxmasını eşitmək çox ağır olar.

Macarlar hücumda daha effektivdir.

Xüsusilə sürətli əks hücumlarda.

Müdafiədə tez-tez boşluqlar verir. Diqqətli olmaq mütləqdir.

"Qarabağ" isə arxada qalan 4 görüşdə hücumda məhsuldar (10 qol vurulub), müdafiədə etibarlı təsir bağışlayıb (cəmi 1 qol buraxılıb).

Kevin Medinanın qayıdışı birinci zonaya rahatlıq gətirib.

"Şelburn"la oyunlarda müdafiədə ciddi xətaları olan komandamız "Şkendiya" ilə görüşdə daha etibarlı göründü. Elvin Cəfərquliyevin buraxılan qolda "yatması" xaric.

Bu dəfə təzyiq daha çox olacaq. Səhv etmək ehtimalı daha yüksəkdir.

Bunun altında çıxa bilsək, səfərdən uğurlu nəticə ilə qayıdıb, Çempionlar Liqası yolunda ilk addımı atmaq olar.

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti