Zubir Macarıstanda nəyə ümid edir? - AÇIQLADI

19 Avqust 2025 00:40 Qarabağ 1 102
Zubir Macarıstanda nəyə ümid edir? - AÇIQLADI

"Qarabağ" Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionunun kapitanı Abdullah Zubir oyundan öncə keçirilən mətbuat konfransında bunları qeyd edib:

"Burada olmaq xoşdur. "Ferentsvaroş" çox əzmkar, iddialı komandadır.

Artıq bu rəqibi tanıyırıq. Onlara qarşı oynamışıq.

Həftə ərzində onlara qarşı yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, Bakıya uğurlu nəticə ilə qayıdarıq".

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO