“Qarabağ”ın son transferi - Qurban Qurbanov razı salarsa...

20:20 Qarabağ 1 295
“Qarabağ”ın son transferi - Qurban Qurbanov razı salarsa...

“Qarabağ”ın son transferi olan Joni Montielin Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş”la görüşlərində meydanda olmaq şansı çoxalıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı fərdi məşqləri yekunlaşdıraraq, dünən artıq kollektivə qoşulub.

Onun adı da “Ferentsvaroş”la oyunlar üçün nın sifariş ərizəsinə daxil ediləcək.

Belədə, Montielin idman forması və ümumi durumu Qurban Qurbanov razı salarsa, onu Macarıstan çempionuna qarşı görüşlərdə meydanda görə biləcəyik.

“Qarabağ” Joni ilə 2+2 illik müqavilə imzalayıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.

26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib. Joni klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub.

O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti