
Sabah Çempionlar Liqasının pley-off mərhələsində "Ferensvaroş"la ilk matçaçıxacaq "Qarabağ" artıq Macarıstana çatıb.
Sportinfio.az xəbər verir ki, bu barədə klubun mətbat xidməti məlumat yayıb.
Bu gün Bakı vaxtı ilə saat 21:00-da Ağdam təmsilçisinin baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 21:30-da isə komanda açıq məşqə çıxacaq.
"Ferentsvaroş" - "Qarabağ" matçı avqustun 19-da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Cavab görüşü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.