
Pedro Bikalyo «Qarabağ»ın bu yay etdiyi uğurlu transferlərdən biridir.
Futbol eksperti Emin Abbasov belə düşünür.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Ağdam klubunun yeni legionerinə təriflər yağdırıb.
Bildirib ki, 3+1 illik müqaviləyə imza atan braziliyalı yarımmüdafiəçi artıq komandaya tam uyğunlaşıb və əsas heyətdə özünə yer etmyi bacarıb.
Tanınmış teleşərhçi bildirib ki, «sambaçı» fərdi keyfiyyətləri və üstün cəhətləri ilə «Qarabağ»ın oyununa rəng qatıb.
Abbasov deyib ki, cənubi amerikalı istər toplu, istərsəz topsuz oyun epizodlarında səviyyəsini ortaya qoyub.
«Köhlən atlar»ın Çempionlar Liqasıda «Şelbrun» və «Şkendiya»nı üstələməsində Bikalyonun böyük rol oynadığını qeyd edən ekspert onu «görünməyən qəhrəman» adlandırıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN