Qurban Qurbanov “Qarabağ”ı bu kluba dəyişərmi? - AÇIQLAMA

08:50 Qarabağ 868
Qurban Qurbanov “Qarabağ”ı bu kluba dəyişərmi? - AÇIQLAMA

"Bəli, Qurban Qurbanovun "Spartak"ı çalışdırmaq variantının olması haqda Rusiya mətbuatında oxumuşam.

Qurban Qurbanovun "Spartak"ı çalışdırması əla olardı.

Bəli, yazırlar, danışırlar, amma "Spartak"da baş məşqçi kimi işləmək çox çətindir. Eyni anda mediadan tutmuş, hər şeydə praktiki olaraq baş məşqçiyə təzyiq başlayır.

Tarixə baxsaq, son dəfə "Spartak"da sakit və uzun illər çalışmış baş məşqçi yalnız Oleq Romantsev olub.

Ondan sonra məşqçi dəyişikliyi və istefası baş verir. Qurban Qurbanov "Spartak"a baş məşqçi təyin olunarsa, böyük problemlərlə üzləşəcək".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında "Terek"in sabiq kapitanı, Azərbaycan millisinin keçmiş üzvü Deni Qaysumov deyib.

O, Rusiya mətbuatında Qurban Qurbanovun "Spartak"ı çalışdıra biləcəyi haqda çıxan iddialara münasibət bildirib. Hazırda da Rusiyada məşqçi kimi çalışan Qaysumov "Qarabağ"ın baş məşqçisinin "Spartak"da uğur qazana biləcəyini ehtimal edir:

"Təbii ki, Qurbanov “Spartak”da uğur qazana bilər. Lakin bunun üçün baş məşqçiyə sakit işləməyə imkan verilməlidir.

İndi çempionat güclənir və daha çətin olacaq. Məncə Qurban "Qarabağ"dan getməyəcək.

Buna ehtiyac da yoxdur. Axı o, "Qarabağ" kimi komanda qurub, davamlı olaraq Çempionlar Liqasında , Avropa Liqası və Konfrans Liqasında oynayırlar.

Buradan ayrılmağın mənası da yoxdur. Qurban Qurbanov Avropanın yaxşı klubundan təklif gözləyə bilər. Əminəm ki, o zaman həmin kluba gedər.

Yoxsa, indiki məqamda ayrılmağın mənası yoxdur, "Qarabağ" kimi gözəl kollektiv formalaşdırıb.

Diqqəti də yayınmasın, qarşıda Çempionlar Liqasının qrup mərhələsinə gedən yolda iki matç var. Uğurlar arzulayıram ona və "Qarabağ"a".

Digər Xəbərlər
Xəbər Lenti
14 Avqust 20:20 Elmar Baxşıyev fərqi...
14 Avqust 16:20 "Sabah" - 6000 SATILIB