
“Leyriya”da çıxış edən Xuan Munyoz “Qarabağ”ın formasını geyinə bilməyəcək.
Bu barədə saytımıza Ağdam klubundan məlumat verilib.
Bildirilib ki, ispaniyalı hücumçu menecerlər vasitəsilə onlara təklif olunub. Fəqət, yaş məsələsinə görə bu transfer gündəlikdən çıxarılıb.
Belə ki, hazırda Portuqaliya II Liqasında forma geyinən forvardın 29 yaşı var. Qurban Qurbanov bu yaydan etibarən seleksiya işində yenilik edib.
Baş məşqçi daha yaşı 25-26-dan yuxarı əcnəbilərin xidmətinə maraq göstərmir.
Təcrübəli mütəxəssis nisbətən gənclərdən ibarət möhkəm komanda formalaşdırmaq istəyir ki, eyni heyətlə uzun müddət mübarizə aparmaq mümkün olsun.
Xuanın hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdr.
O, 2024-cü ilin iyul ayından "Leyriya"da çıxış edir. “Sevilya”nın yetirməsi “Saraqoza”, “Levante”, “Almeriya”, “Alkorkon”, “Leqnaes” və “Zaqlembe Lubin”də (Polşa) oynayıb.
SPORTİNFO.AZ