
"Qarabağ" tarixində dördüncü dəfə Çempionlar Liqasının pley-off mərhələsində oynamaq hüququ qazanıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsində "Şkendiya"nı 5:1 məğlub edərək, bu şansı əldə edib.
Ağdam klubu öncə 2017/2018, 2022/2023 və 2024/2025 mövsümlərində turnirin pley-offunda qüvvəsini sınayıb. "Qarabağ" ilk sınağından üzüağ çıxaraq, ilk dəfə qrup mərhələsində çıxış etmişdi.
Qurban Qurbanovun başçılıq etdiyi komanda "Kopenhagen"i (Danimarka) səfər qolu sayəsində üstələmişdi - 1:2. 1:0.
Amma komandamızın növbəti iki cəhdi uğursiz olub. Üç ilə əvvəl Çexiyanın "Viktoriya Plzen" (0:0, 2:1), ötən mövsümdə isə Xorvatiya çempionu "Dinamo"i "Qarabağ"ın yolunu kəsib.
Turnirin reqlamentinə əasən, pley-off mərhələsindən etibarən oyunlar zaman Çempionlar Liqasının himni səsləndirilir. "Qarabağ"ın sayəsində azarkeşlərimizə 4-cü dəfə qitənin ən nüfuzlu turnirinin himnini Bakıda eşitmək müəssər olacaq.