“Qarabağ” bir gecədə milyonlarla PUL QAZANDI

14 Avqust 2025 09:40 Qarabağ 5 802
“Qarabağ” bir gecədə milyonlarla PUL QAZANDI

Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn “Qarabağ” büdcəsini xeyli zənginləşdirib.

Sportinfo.az xəbər verir ki, qitənin bir nömrəli klub turnirinin 3-cü təsnifat mərhələsində Makedoniya təmsilçisi “Şkendiya”nı üstələmək (5:1, 1:0) Ağdam klubuna 4,29 milyon avro (təqribən 8,5 milyon manat) qazandırıb.

“Köhlən atlar” ÇL-dən daha çox vəsait qazana bilər. Bunun üçün pley-offda Macarıstan təmsilçisi “Ferensvaroş”u üstələmək lazımdır.

Bu halda “Qarabağ” daha 18,62 milyon avro (36,95 milyon manat) əldə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO