"Qarabağ"ın "Şkendiya"dan çox güclü olduğunu demişdik, nəticə də gözlədiyimiz kimi oldu.
Xüsusilə rəqibə qurulan basqı fonunda geri dönən toplara komandamız sahib olurdu.
Oyunu son 30-40 metrdə oynayan "Qarabağ" sürətli ötürmə və düşünmə ilə istənilən kollektivə çətinlik yarada bilər".
Bu açıqlamalar “Sportinfo TV”də yayımlanan "Avropa həftəsi" verilişində səsləndirilib.
Elçin Cəfərovun aparıcısı olduğu verilişdə futbol mütəxəssisi Amit Quluzadə Çempionlar Liqasının üçüncü təsnifat məhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” -"Şkendiya" (5:1) duelinə aid şərhlər verib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır,
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

