“Qarabağ” rəhbərliyi Qurban Qurbanova böyük büdcə verdi

13 Avqust 16:20 Qarabağ 832
“Qarabağ” rəhbərliyi Qurban Qurbanova böyük büdcə verdi

2025/2026 mövsümündə "Qarabağ"a tarixində ən böyük büdcə ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Çempionlar Liqasının pley-off mərhələsi üçün hücumçu transfer edəcəksizmi" sualına cavab olaraq klubun prezidenti Tahir Gözəl bildirib.

Onun sözlərinə görə, indiyədək Ağdam təmsilçisinin belə böyük büdcəsi olmayıb.

Lakin klub rəhbəri büdcənin məbləğini açıqlamayıb:

"Tariximizdəki ən böyük büdcəni bu mövsüm Qurban Qurbanova vermişik. Heç vaxt belə büdcəmiz olmayıb.

Məbləği elan edə bilmərəm, amma klubumuz üçün çox böyük büdcədir. Baş məşqçimizin səbirli, təmkinli davranışına biz çox böyük ehtiramla yanaşır, dəstəkləyirik.

Onun öz dəst-xətti var. Xəta edə, tələsə bilmərik. "Bavariya"nın da ən böyük uğuru budur ki, tələsmirlər, ehtiyatlı davranışları ilə seçilirlər.

Biz də elə edəcəyik, tələsməyəcəyik. Doğru futbolçu çıxsa, əldən verməyəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 18:10 Çək və bizə göndər!
13 Avqust 09:00 "Sumqayıt"dan ilk satış
13 Avqust 08:00 Xəzərdə zəlzələ oldu
13 Avqust 05:00 Yeni müqavilə - 3 İLLİK