Çapan Qarabağ atları

12 Avqust 18:00 Qarabağ 212
Çapan Qarabağ atları

Avqustun 12-də, bir Bakı axşamı…

Günəş üfüqdən çəkilib, şəhərin üzərinə bənövşə rəngli bir axşam sakitliyi enir.

Tofiq Bəhramov adına Respublika stadionunun ətrafı artıq insan seli ilə dolur.

Satıcıların səsləri, tum qoxusu, əllərdə dalğalanan bayraqlar… Hər şey bu axşamkı duelə hazırdır.

Saat 20:00 yaxınlaşdıqca, şəhərin nəfəsi yavaşlayır - çünki bir azdan “çapan Qarabağ atları” meydanda irəli atılacaq.

Meydanın kənarında Qurban Qurbanov...

Onun baxışları sakit, amma dərin olacaq.Hər jestində, hər sözündə komandaya inam, güvən və illərin gətirdiyi zəka hiss olunacaq.

O, bu axşam yalnız oyun idarə etməyəcək - bir dastanın yeni səhifəsini yazacaq. “Qarabağ”ın futbolçuları start fitini gözləyəcək

Müdafiə xətti qalanın sütunları kimi möhkəm dayanacaq, mərkəzdə oyunun ritmini tənzimləyən ustalar görünməz ip kimi hər hücumu yönləndirəcək.

Cinahlardan gələn sürətli reydlər və dəqiq ötürmələr “Şkendiya”nın müdafiəsini təşvişdə saxlayacaq. Top rəqib yarımsahəsində nə qədər çox qalarsa, azarkeşlərin səsi bir o qədər yüksələcək.

“Şkendiya” isə meydanda Balkan dağlarının sərt küləyi kimi dayanmaq istəyəcək.

Onlar ilk dəqiqələrdən “Qarabağ”ın ritmini pozmağa çalışacaq, amma hər ötürmə, hər pressinq dalğası onlara daha çətin anlar yaşadacaq.

Bu axşam onların qarşısında yalnız bir komanda yox, həm də tarixi, simvolu və qüruru olan bir rəqib dayanacaq. Stadionun işıqları göy üzünə ucalacaq, azarkeşlərin səsi meydanı okean kimi bürüyəcək.

Və o an... “Qarabağ”ın hücum dalğaları başlayanda “çapan atlar”ın nallarının səsi sanki bütün Bakıda eşidiləcək.

Bu axşam təkcə qol üçün, mərhələ üçün mübarizə aparılmayacaq - bu, ruhun, səbrin və inamın meydandakı sınağı olacaq.

“Qarabağ” bu sınaqdan keçmək üçün hər dəqiqəni, hər fürsəti və hər hücumu dəyərləndirəcək.

İnşallah, irəli “Qarabağ” atları !

Rasif Rasimli

Xüsusi olaraq Sportinfo.az üçün

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 21:30 Çək və bizə göndər!
12 Avqust 18:00 Çapan Qarabağ atları
12 Avqust 08:30 Gedənlərin sayı 13 oldu
12 Avqust 04:50 Yeni baş katib təyinatı