
"Bir çoxları anlamadan suallar verir ki, "Marko Yankoviçi niyə oynatmırsan, Qurban hoca?".
Amma bilmirlər ki, monteneqrolu yarımmüdafiəçinin durumu nə yerdədir.
Zədə riski var. Oynasa, 15 dəqiqədən sonra daha pis durumda ola bilər.
Rəqib də bilir ki, o, zədədən yeni dönən futbolçudur. Hər “silah”ı açıb rəqibə göstərmək olmaz.
Qurban Qurbanov təkcə bu matçı deyil, ondan sonrakıları da indidən düşünür".
Bu açıqlamalar "Pro" kateqoriyalı məşqçi Azər Bağırova məxsusdur.
“Sportinfo TV”də yayımlanan "Avropa həftəsi" verilişində Elçin Cəfərovun suallarını cavablandıran təcrübəli mütəxəssis “Qarabağ”dan danışıb.
O, Qurban Qurbanovun oyunçu seçimlərini dəyərləndirib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN