
“Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Şkendiya”nı qəbul edəcək.
Sportinfo.az xəbər verir ki, xarici mütəxəssislər Azərbaycan çempionunu indidən pley-offda görürlər.
Ağdam təmsilçisi ilə Şimali Makedoniya klubu arasında aparılan müqayisəyə əsasən bu qənaətə gəlinib.
“Şkendiya”nın əvvəlki oyunlarda qol vurmaqda çətinlik çəkməsinin fonunda, “Qarabağ” turnirdəki ilk 3 görüşün hamısında qələbə qazanıb. İlk matçda evdə məğlub olan “Şkendiya”nın Bakıda qələbə qazanmaq potensialı olduqca aşağı göstərilib.
“Qarabağ”ın bu qarşılaşmada böyükhesablı qələbəsi proqnozlaşdırılıb. Hətta Qurban Qurbanovun yetirmələrinin ilk hissədə minimum 2 top fərqilə önə keçəcəyi bildirilib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.