
Deyəsən, hələ uzun illər ölkə futbolunun yükünü "Qarabağ" çiyinlərində hiss edəcək.
Yenə avrokuboklar mövsümü, yenə bənzər mənzərə.
"Zirə" cic eləmədən mübarizəni dayandırdı.
"Araz Naxçıvan" "Aris" üzərində yaxşı oyunla qələbə qazanaraq ümid verirdi.
Həmin ümidlər "Omoniya" ilə Bakıda baş tutan ilk matçdaca puç oldu.
"Sabah" bəlkə yola davam edər. Səfərdəki minimal hesablı məğlubiyyət (0:1) cavab görüşü öncəsi şansları bitməyə qoymadı
Ancaq "Levski" səddi keçilsə belə, "tələblər"in əsas mərhələdə iştirakı möcüzəyə bərabərdir.
Deməli, yenə meydanda "Qarabağ" tək qalır.
Konfrans Liqasının əsas mərhələsində iştirakını təmin edən "köhlən atlar"ın hara qədər gedəcəyini demək çətindir.
Amma fakt odur ki, səhnədə ən uzun yol qət etmək missiyası yenə Qurban Qurbanovun kollektivinə müəssər olacaq.
XANOĞLAN İMANOV