Qurban Qurbanov məşhur klubun baş məşqçi postuna namizəd oldu

11 Avqust 12:40 Qarabağ 7 825
Qurban Qurbanov məşhur klubun baş məşqçi postuna namizəd oldu

Moskva "Spartak"ının baş məşqçi postuna mümkün namizədlər arasında "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun da adı çəkilib.

Sportal.az xəbər verir ki, "sport den za dnem" nəşrinin yaydığı məlumatı sizə təqdim edirik:

"Ən gözlənilməz, amma maraqlı variant: xarici məşqçi, lakin rusdilli və postsovet məkanında iş təcrübəsi var.

1999–2001-ci illərdə Qurbanov Rusiyada 'Baltika' və 'Fakel'də çıxış edib, daha sonra isə Rusiya futbolu ilə yolları kəsişməyib.

Bununla belə, 'Qarabağ'da çalışarkən o, Rusiya yığmasının qapıçısı Andrey Lunyov da daxil olmaqla bir sıra rusiyalı futbolçuların məşqçisi olub və bu klubla avrokuboklarda uğurla çıxış edib.

Rusiya ilə Azərbaycan arasında son vaxtlar siyasi münasibətlər stabil olmasa da, məlum olduğu kimi, idman siyasətdən kənardır".

2024-cü ildə də "Spartak" Qurban Qurbanovu baş məşqçi postuna gətirmək istəyib.

Deyan Stankoviçin gedişindən sonra namizədlər arasında həmçinin Xerardo Seoane, Fabio Qrosso, Eduardo Kude, Paulo Bento və digərlərinin adları da göstərilib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu