BÖYÜK TRANSFER söz-söhbətinə son nöqtə qoyuldu: "Qarabağ"a gəlir? - VİDEO

10 Avqust 21:15 Qarabağ 13 784
BÖYÜK TRANSFER söz-söhbətinə son nöqtə qoyuldu: "Qarabağ"a gəlir? - VİDEO

"Son məlumatı diqqətinizə çatdırıram. Andre Klovis "Qarabağ"ın transfer siyahısında yer almır.

Ola bilər, skautlar tərəfindən araşdırılsın, ancaq braziliyalı hücumçunun "Qarabağ"la anlaşdığına dair xəbərlər "fake"dir.

Hücumçu və klub bu barədə bir kəlimə belə kəsməyiblər. Küyə getmək lazım deyil.

Hazırda reallıq budur ki, "Qarabağ" ÇL-də "Şkendiya" və pley-off matçlarına hazırki heyətlə çıxacaq.

Futbolçuların üzərinə çox getmək lazım deyil, nəzərə alaq ki, onlar da sosial şəbəkələrdə bunları izləyirlər, əksinə dəstək olub səddləri aşmaq üçün motivasiya verilməlidir".

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist "Qarabağ"ın transfer siyasətindən bəhs edib, son günlərdə yayılan Andre Klovis keçidi barədə ən son məlumatı diqqətə çatdırıb.

27 yaşlı forvard müqavilə ilə “Akademika Vizeu”ya məxsusdur. Onun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Klovis karyerası ərzində “İnternasional”, “Leykşoeş” və “Eştoril”də forma geyinib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu