"Qarabağ" rəhbərliyi köməklik göstərdi, bu keçid baş tutdu

10 Avqust 2025 12:20 Qarabağ 5 663
"Qarabağ" rəhbərliyi köməklik göstərdi, bu keçid baş tutdu

«Qarabağ» qapıçısı Sadiq Məmmədzadəni icarəyə verib.

19 yaşlı gənc növbəti mövsümdə I Liqada özünü göstərəcək.

O, «Difai» ilə müqaviləyə artıq qol çəkib.

Ağdam klubu bu keçidin gerçəkləşməsi üçün qarşı tərəfə böyük jest edib.

«Difai»nin Qarabağ qazilərinin təmsilçisi olmasını nəzərə alan «Qarabağ» rəhbərliyi «əlcək sahibi»nin alacağı maaşın bir hissəsini ödəməyi öz üzərinə götürüb.

Ümumiyyətlə, «köhlən atlar» bu yay «fəlailər»ə ciddi dəstək verib.

Azərbaycan çempionu ötən həftələrdə bir neçə futbolçusunun «Difai»yə yollanmasına köməklik göstərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO