“Panatinaikos”un sabiq legioneri “Qarabağ”ın təklifinə nə CAVAB VERDİ?

8 Avqust 13:20 Qarabağ 4 776
“Panatinaikos”un sabiq legioneri “Qarabağ”ın təklifinə nə CAVAB VERDİ?

Mali millisinin sabiq futbolçusu Hamidu Traore Azərbaycandan təklif alıb.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Qarabağ”ın maraq dairəsində olub.

Yay fasiləsində Səudiyyə Ərəbistanından - “Əl-Arabi”dən ayrılan orta sahə oyunçusu Azərbaycan çempionu ilə yanaşı, “Panatinaikos” (Yunanıstan) və Təl-Əviv “Makkabi”sindən (İsrail) də təklif alıb.

Lakin futbolçu karyerasını Türkiyədə davam etdirmək qərarına gəlib. O, I Liqaya yeni yüksələn “Sarıyerspor”la müqavilə imzalayıb.

Hamidu Traore daha əvvəl Türkiyədə “Elazığspor”, “Karabükspor”, “Adana Dəmirspor” və “Giresunspor” kimi klublarda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu