GÜNÜN SÖZ-SÖHBƏTİ: Niyə Nəriman pis olur, Zubir yox? - VİDEO

11:20 Qarabağ 186
GÜNÜN SÖZ-SÖHBƏTİ: Niyə Nəriman pis olur, Zubir yox? - VİDEO

“Abdullah Zubirin qaçırdığı bir neçə, Nəriman Axundzadənin isə uzağı, iki belə epizodu var idi.

Ancaq hamı Nərimanın üzərinə düşür.

Zubirlə azərbaycanlı gəncin təcrübəsi eyni deyil. Necə olur ki, qol epizodlarını boşa verəndə Nəriman pis olur, Zubir yox?

Cəmi bir Nərimanımız var, amma ona qarşı niyə belə aqressiya formalaşıb, anlamaqda çətinlik çəkirəm. Niyə futbolçumuza motivasiya verilmir?”.

Bu açıqlamalar "Pro" kateqoriyalı məşqçi Azər Bağırova məxsusdur.

“Sportinfo TV”də yayımlanan "Avropa həftəsi" verilişində Elçin Cəfərovun suallarını cavablandıran təcrübəli mütəxəssis Çempionlar Liqasının 3-cü təsnifat məhələsinin ilk oyunları çərçivəsində keçirilən "Şkendiya" - “Qarabağ” (0:1) matçına dair şərhlər verib.

O, azarkeşlərin bəzi məqamlarda tənqidlərinin çox ağır olduğunu diqqətə çatdırıb. Xüsusilə Nəriman Axundzadəyə qarşı fokuslanan tənqidləri anlamaqda çətinlik çəkdiyini bildirib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti