“Qarabağ”da qalmayan tanınmış MİLYON QAZANACAQ!

09:40 Qarabağ 352
“Qarabağ”da qalmayan tanınmış MİLYON QAZANACAQ!

“Qarabağ”da n ayrılan Yassin Benzia Səudiyyə Ərəbistanında oynayacaq.

Əlcəzairli legioner “Əl-Fayha”ya keçib.

Tərəflər arasında 1 mövsümlük müqavilə imzalanıb. Səudiyyə Ərəbistanı yüksək liqasında mübarizə aparan klub Benzianın keçidini ictimaiyyətə açıqlayıb.

30 yaşlı yarımmüdafiəçi “Lion”, “Lill”, “Fənərbaxça”, “Olimpiakos”, “Dijon” və “Hatayspor”da da forma geyinib.

2023-cü ilin əvvəlindən 2025-ci ilin iyununadək Azərbaycanda çıxış etmiş Benzia Ərəbistanda böyük pul qazanacaq. “Əl-Fayha” ona 1 il ərzində 900 min avro ödəyəcək.

Əlcəzair yığmasının üzvü mövsüm ərzində oyunların 60 faizindən çoxunda meydana çıxarsa, əlavə olaraq 100 min avro bonus alacaq.

Komanda sezonu hər hansı uğurla başa vurarsa, gəliri daha 200 min avro artacaq.

Azərbaycan çempionu ərəblə yoluna davam etməyə hazır idi. Bunun üçün çox çalışdılar.

Səbəbkarı günlərlə dilə tutmadılar, həftələrlə, aylarla dilə tutdular, müxtəlif təkliflər irəli sürdülər. İllik maaşı 350 min dollar idi, bu rəqəmi iki dəfəyə yaxın qaldırdılar.

O isə daha artığını istədi: hardasa 1 milyon dolların üstündə bir rəqəmdə dayandı, güzəştə getmədi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti