Qurban Qurbanov "Şkendiya"dakı futbolçulardan kimisə "Qarabağ"da görmək istəyirmi?

8 Avqust 00:50 Qarabağ 4 397
Qurban Qurbanov "Şkendiya"dakı futbolçulardan kimisə "Qarabağ"da görmək istəyirmi?

"Bəli, mənim komandamda oynamış albaniyalı futbolçu deyəndə ilk növbədə, Ansi Aqolli yada düşür.

Admir Telini də qeyd edərdim. Hər ikisi çox dəyərli insanlar və futbolçular idi".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şimali Makedoniyada "Şkendiya"ya 1:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra Kosovodan olan jurnalistin suallna cavab olaraq deyib.

53 yaşlı mütəxəssisin sözlərinə görə, ümumilikdə Balkan zonasının idmançılarında və futbolçularında həmişə böyük xarakter olub:

"Bunlar bizə çox lazım olan elementlərdəndir. Hər birinə hörmətlə yanaşırıq".

Qurbanov "Şkendiya"nın heyətindəki futbolçulardan kimisə "Qarabağ"da görmək istərdinizmi" sualını isə belə cavablandırıb:

"Bu komandadan indi kimisə komandamda görmək istəyimi deməyim düzgün olmazdı.

Çünki rəqib komandaya hörmətsizlik olar, onların motivasiyalarını pozmaq istəmərik. Amma yaxşı oyunçular var və gələcək üççün nəzərimizdə saxlayacağıq".

"Şkendiya" Şimali Makedoniyada albanların kompakt yaşadıqları Tetovo şəhərini təmsil edir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu