“Qarabağ”ın baş məşqçisi yeni qərar verdi - Transferlərlə əlaqəli!

14:00 Qarabağ 1 226
“Qarabağ”ın baş məşqçisi yeni qərar verdi - Transferlərlə əlaqəli!

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov yenilik edib.

O, yaş limiti qoyub.

Artıq bütün menecerlərə bununla bağlı xəbərdarlıq olunub.

Söhbət nədən gedir...

Söhbət ondan gedir ki, Azərbaycanın ən tanınmış futbol mütəxəssisi bundan sonrakı müddətdə komandasına yaşlı futbolçular götürmək istəmir.

Agentlərin diqqətinə çatdırılıb ki, yaş senzi 24-25-dən o tərəfə keçməməlidir. Ən uzağı, 26.

Qurban Qurbanov qəfildən bu qərara gəlməyib. O, uzun müddət eyni heyətlə çıxış etmək fikrindədir.

Yəni ki, kim(lər) gələcəksə, ən azı, 3-4 il burada qalmalıdır, daha bəziləri kimi 1-2 il sonra gözü o yan-bu yanı gəzməməlidir.

Baş məşqçinin narahatlığı ciddidir. Demək olar hər yay və hər qış «Qarabağ»a çoxsaylı təkliflər gəlir.

Aşağı-yuxarı bütün oyunçular belə bir dəvətlər alır. Kimin saxlamaq olur, kimini saxlamaq olmur.

Əksər hallarda isə klub rəhbərliyi məcburiyyət qarşısında qalaraq onların müqavilə şərtlərinə yenidən baxır, ödəmələrini artırır. Xüsusən yaşı 28-29-u ötənlərlə bağlı bu cür problemlər yaranır.

Həmçinin məlumunuz olsun ki, Q.Qurbanov transfer planlarında dəyişiklik edib.

O, qarşıdakı gün və həftələrdə 1 deyil, daha 2 oyunçunun alınmasını istəyib.

Rəhbərliklə bu yöndə fikir mübadiləsi aparan çalışdırıcı gücləndirilməsini istədiyi mövqeləri açıqlayıb.

Yeni mərkəz hücumçusu və sol cinah yarımmüdafiəçisini öz sərəncamında görməyi planlaşdırdığını söyləyib.

Qurbanov bildirib ki, komandada rəqabəti gücləndirmək niyyətindədir və danışıqlar aparılan legionerləri bura gətirmək mümkün olsa, ümumi səviyyə bir qədər də qalxacaq.

Çempionlar Liqasında mübarizə aparan «köhlən atlar» geridə qalan müddətdə transfer çalışması həyata keçirib.

Dani Bolt (Son klubu "Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya), Sami Mmaee ("Danamo" Zaqreb - icarə) və Joni Montiel ("Rayo Valyekano", İspaniya) Ağdam təmsilçisinin düşərgəsinə qoşulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti