
"Məşqçi futbolçunu meydana nə üçün buraxıb, hansı tapşırıqları verib?
Emmanuel Addai, Mateus Silva, Bəhlul Mustafazadə və digərləri məşqçinin tapşırığını layiqincə yerinə yetiriblər.
Rəqib Rumıniyadan FCSB-nı mübarizədən kənarlaşdıran "Şkendiya"dır. Xahiş edirəm, hər şeyi bu qədər ucuzlaşdırmayaq".
Bu açıqlamalar "Pro" kateqoriyalı məşqçi Azər Bağırova məxsusdur.
“Sportinfo TV”də yayımlanan "Avropa həftəsi" verilişində Elçin Cəfərovun suallarını cavablandıran mütəxəssis UEFA Çempionlar Liqasının 3-cü təsnifat məhələsinin ilk oyunları çərçivəsində keçirilən "Şkendiya" - “Qarabağ” (0:1) matçı ilə bağlı şərhlər verib, azarkeşlərin bəzi məqamlarda tənqidlərinin çox ağır olduğunu diqqətə çatdırıb.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN