
“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti sınağına çıxıb.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat mərhələsində Şimali Makedoniyadan “Şkendiya” ilə qarşılaşıb.
İlk görüş səfərdə baş tutub. “Todor Proeski” stadionunda keçirilən qarşılaşmanı Slovakiyadan olan hakimlər idarə ediblər.
Bu komandaların ilk oyununda Ağdam klubu qalib gələn tərəf olub.
Cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Qurban Qurbanovun komandası ÇL-in 2-ci təsnifat mərhələsində İrlandiya “Şelburn”unu hər iki oyunda məğlub etmişdi. “Şkendiya” da Rumıniya təmsilçisi “Styaua”ya həm evdə, həm də səfərdə qalib gəlmişdi.
"Şkendiya" – "Qarabağ" 0:1
Qol: Toral Bayramov, 18-pen.
VAR: Mixal Oçenaşa
AVAR: Boris Marhefkaya
(Hakimlər briqadası Slovakiyadandır)
Skopye, “Toşe Proeski” stadionu
"Şkendiya": 24. Babukar Qaye, 2. Aleksander Trumçi, 4. Reşat Ramadani, 5. Klisman Keyk, 6. Alhassan Adamu, 7. Besart İbraimi (k), 10. Endrit Krasniqi, 11. Ronaldo Uebster, 15. İmran Fetai, 29. Fabris Tamba, 77. Liridon Latifi.
Ehtiyat oyunçular: 25. Astrit Amzai, 30. Ferat Ramani, 8. Florent Ramadani, 9. Fiton Ademi, 16. Mevlan Murati, 17. Arbin Zeynullai, 19. Vane Krstevski, 22. Numan Ayetovik, 26. Anes Meliqi, 27. Lorik Kaba, 28. Kamer Qaka, 38. Amir Nuhiya.
Baş məşqçi: Jeton Beqiri.
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 10. Abdullah Zubir (k), 11. Emmanuel Addai, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges, 27. Toral Bayramov, 35. Pedro Bikalyo, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Semi Mmaee, 6. Kris Kuaku, 8. Marko Yankoviç, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: İvan Kruzliaka, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç