“Qarabağ” bu münasibətə layiqdir?

5 Avqust 19:40 Qarabağ 386
“Qarabağ” bu münasibətə layiqdir?

“Qarabağ” Çempionlar Liqasının III mərhələ oyunu üçün Şimali Makedoniyadadır.

Təmsilçimiz sözügedən ölkənin son çempionu və bizə yaxşı tanış olan “Şkendiya” ilə münasibətlərinə aydınlıq gətirəcək.

2017-ci ildə UEFA Superkubok matçının keçirildiyi və 33 min azarkeş tutumu olan “National Arena Todor Proeski” stadionunun tam dolacağı inandırıcı görünməsə də, “Şkendiya”nın doğma azarkeşlərinin dəstəyini hiss edəcəyi dəqiqdir.

Bəs,Avropada yaşayan azərbaycanlıların bu oyuna marağı hansı səviyyədədir? Qonaqlar üçün ayrılmış sektorda hansı sayda soydaşımızın yer alacağı ehtimal olunur?

Klubdan Sportinfo.az-a verilən məlumata görə, Skopyedəki qarşılaşmada azərbaycanlı azarkeşlərlə bağlı ciddi rəqəm gözlənilmir.

Həmyerlilərimizin oyuna marağının yüksək səviyyədə olduğunu demək çətindir. İllərdir ölkəmizi Avropa arenalarında uğurla təmsil edən “Qarabağ”a tribunada 15-20 nəfərin dəstək verəcəyi ehtimal olunur.

Son anda hansısa dəyişiklik olmasa, bizimkilərin sayı barmaqla sayıla biləcək dərəcədə az olacaq.

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”