
“Qarabağ”ın zədədən sağalan futbolçuları Marko Yankoviç və Dani Bolt Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Şimali Makedoniyadan “Şkendiya” ilə ilk matçda meydana çıxa bilərlər.
Sportinfo.az xəbər verir ki, bu barədə "Azərtac"a açıqlamasında Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, Marko Yankoviç bir neçə gündür komanda ilə birlikdə məşq edir. Dani Bolt isə ötən gün kollektiv hazırlığa qoşulub.
Baş məşqçi Qurban Qurbanov şans verəcəyi halda, hər iki futbolçu səfər görüşündə “Qarabağ”a kömək edə bilər.
Bu gün Skopyedə yerləşən “Todor Proeski” stadionunda keçiriləcək “Şkendiya” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.