Qoy, gizli qalmasın, Qurban Qurbanovun “Qarabağ”ı xilas etməsinin tək yolu budur! - VİDEO

5 Avqust 14:40 Qarabağ 2 328
Qoy, gizli qalmasın, Qurban Qurbanovun “Qarabağ”ı xilas etməsinin tək yolu budur! - VİDEO

"Nə "Qarabağ" əvvəlkidir, nə də "Şkendiya".

Kadi-Bikalyo tandemli yarımmüdafiə rəqibin çörəyinə yağ-bal çəkər.

Odur ki, Qurban Qurbanov ənənəvi oyun planına sadiq qalacaq, amma yarımmüdafiənin təşkili matçın gedişatına təsir göstərəcək.

"Şkendiya" oyunu daha çox birinci və ikinci fazada oynamağı sevir, ani sürətli ötürmələrlə müdafiə arxasına atılan toplarla hücumda çoxalmağı bacarır.

Ona görə də yarımmüdafiədəki oyun və üstünlük tərəfləri bir addım irəli çıxaracaq.

"Qarabağ"da Bikalyo-Kadi cütlüyü o keyfiyyəti vermədiyinə görə Kevin Medina davamlı şəkildə irəli çıxıb, mövqe sığortalamaq məcburiyyətində qalır.

Belə olan halda, "Şkendiya"da İbrahimiyə önəmli fürsətlər yarana bilər. Diqqətli olmalıyıq".

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Şkendiya"-"Qarabağ" matç barədə dəyərləndirmə edib.

Rəqibin üstünlükləri barədə danışan E.Cəfərov "Qarabağ" üçüb vacib və incə detalları diqqətə çatdırıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”
5 Avqust 17:30 Çək və bizə göndər!