
Çempionlar Liqasının III mərhələsinə yüksələn “Qarabağ”ın rəqibi “Şkendiya”dır.
Komandalar arasında ilk matç Şimali Makedoniyada baş tutacaq.
Azərbaycan çempionu səfərə iki yox, bir gün gün əvvəl yollanacaq.
Avqustun 4-ü səhər 11-də vətəni tərk edəcək ağdamlılar çarter reysi ilə Skopyeyə uçacaq. Futbolçu heyətində Aleksey İsayevdən başqa hamı yer alacaq.
“Qarabağ” Şimali Makedoniyaya çatdığı gün axşam Bakı vaxtı ilə 21:30-da matçöncəsi məşqə çıxacaq. Bundan yarım saat əvvəl isə baş məşqçi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıracaq.
Təmsilçimiz paytaxtın dəbdəbəli məkanlarından olan “Skopye Marriott Hotel”də məskunlaşacaq.
Avqustun 5-də komandalar arasında gerçəkləşəcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ