
"Qarabağ" növbəti transferini rəsmiləşdirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.
Ağdam təmsilçisi ötən mövsümdə İspaniyada - “Rayo Valyekano”da çıxış edən Joni Montieli heyətinə qatıb.
Futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.
26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib.
Joni klubda keçirdiyi 10 ildə “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub. O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.
"Qarabağ" bunadək Dani Bolt (Son klubu "Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya), Sami Mmaeeni ("Dinamo" Zaqreb - icarə) transfer edib.