
“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya” ilə qarşılaşacaq.
Ağdamlılar səfərə tam heyətlə yollanacaq.
“Şelburn”la matçlarda zədə səbəbindən iştirak etməyən Marko Yankoviç artıq kollektiv məşqlərə qoşulub.
Monteneqrolu yarımmüdafiəçinin səfər görüşündə meydana çıxmasında problem yoxdur. Təbii ki, Qurban Qurbanov ehtiyac duyarsa.
Əvəzində Dani Bolt “Şkendiya”ya qarşı mübarizə apara bilməyəcək. Braziliyalı müdafiəçi zədə səbəbindən həftəiçi məşqləri fərdi şəkildə edib. Onun Bakədakı matça qədər hazır olub-olmayacağı bilinmir.
Aprelin 5-də “National Arena Todor Proesko”də baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ