
Avrokuboklarda ikinci mərhələ də arxada qaldı.
Bu mərhələdə oynayan 4 təmsilçimizdən yalnız “Zirə” mübarizəni dayandırdı, üçü isə yoluna davam edir.
Çempionlar Liqasında yarışan “Qarabağ” “Şelburn”la duelin taleyini İrlandiyadakı 3:0-la həll etmişdi deyə, cavab matçında azarkeşi həyəcanlandırmadan rahatca oynadı.
Azərbaycan çempionu 1:0-lıq qələbəylə turu adladı.
Qarşıda isə daha ciddi rəqib – “Şkendiya” var.
Əlbəttə, “Qarabağ”a meydan oxuyan Cici Bekalinin komandasını - FKCB-ni yenidən Bakıda görmək maraqlı olardı.
Amma elə öz oyuncuları Cici müəllimi başa saldılar ki, futbolun cici üzü kimi, tərs üzü də var.
Ona görə başından böyük danışmayasan, “bərəkallah”ı da arxı hoppanandan sonra deyesen gərək!
İlkin Fikrətoğlu
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN