“Qarabağ” dərhal müqavilə imzalamaq istəyir - Maaşını ən azı üçqat artırmağa hazırdır”

11:05 Qarabağ 2 619
“Qarabağ” dərhal müqavilə imzalamaq istəyir - Maaşını ən azı üçqat artırmağa hazırdır”

“Qarabağ”ın İstailin “Hapoel Beer Şeva” komandasının yarımmüdafiəçisi Lukas Venturanı transfer etmək istədiyi iddia olunur.

Sportinfo.az xəbər verir ki, bu haqda Bolqarıstanın “Koto Sport” nəşri məlumat yayıb.

Qeyd edilir ki, 27 yaşlı braziliyalı futbolçunu Sofiyanın SSKA komandası da heyətində görmək istəyir.

Nəşrin yazısında bildirilir: “Avropa turnirlərindən “Hapoel Beer Şeva”nın erkən mübarizədən kənarlaşdırılması İsrail klubunda ciddi narahatlıq yaradıb.

Klub daxilində əsas futbolçuların – xüsusilə Lukas Ventura və Kings Kangwanın ayrılmaq ehtimalı gündəmə gəlib.

Bu iki ulduzdan biri – braziliyalı yarımmüdafiəçi Lukas Ventura ilə Azərbaycan çempionu “Qarabağ” dərhal müqavilə imzalamaq istəyir. Klub onun transferi üçün ciddi maliyyə vəsaiti ayırmağa və mövcud maaşını ən azı üçqat artırmağa hazırdır”.

Saytın yazdığına görə, SSKA Sofiya bu şərtlərlə “Qarabağ”la rəqabət aparmaqda çətinlik çəkir.

Ancaq bir vacib məqam var.

Sayt yazır ki, UEFA-nın qaydalarına əsasən, Lukas Ventura artıq “Hapoel”ilə avrokubok oyunlarında iştirak etdiyi üçün “Qarabağ”ın bu mövsüm təsnufat mərhələsindəki oyunlarında oynaya bilməz.

Buna baxmayaraq, Azərbaycan klubu Konfrans Liqasının qrupuna vəsiqəni artıq təmin edib, bu da onların transferdə israrlı davranmasının əsas səbəblərindən biridir.

“Qarabağ”ın bu xəbərə münasibəti hələlik bəlli deyil. Lakin klubun prezidenti Tahir Gözəl bu həftə jurnalistlərə təsdiq edib ki, yarımmüdafiənin ortasına və hücum xəttinə futbolçu almaq istəyirlər.

Digər Xəbərlər
Xəbər Lenti