
"Qarabağ"ın legioneri Kadi Borges İrlandiya "Şelburn"u ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə penaltini yerinə yetirə bilməməsini şərh edib.
Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi 68-ci dəqiqədə təyin olunmuş 11 metrlik cərimə zərbəsini baş məşqçi Qurban Qurbanovun tapşırığı ilə özünün vurduğunu bildirib.
"Penaltini baş məşqçinin tapşırığına görə mən vurmalıyam. Onun tapşırığını yerinə yetirdim, amma qaçırdım. Mən vurmamalı olsaydım, bəlkə də qaçırmazdım", - deyə 29 yaşlı oyunçu vurğulayıb,
"Qarabağ" "Şelburn"u səfərdə 3:0, evdə isə 1:0 hesabı ilə yenərək, Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.
Növbəti rəqib Şimali Makedoniya "Şkendiya"sı olacaq. İlk görüş avqustun 6-da səfərdə, cavab oyunu avqustun 12-də evdə olacaq.