Makedonlar “Qarabağ”a 1000 yer verdi, 5 avro qiymət qoydu

2 Avqust 2025 00:30 Qarabağ 496
Makedonlar “Qarabağ”a 1000 yer verdi, 5 avro qiymət qoydu

"Qarabağ"Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində səfərdə “Şkendiya" (Şimali Makedoniya) ilə keçiriləcək oyunla bağlı azarkeşlərinə müraciət edib.

Müraciətdə bildirilib ki, oyunu “National Arena Todor Proeski" stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 17:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "North-West Block 26" sektoru qarşısında biletə dəyişməlidir.

Biletlərin qiyməti 5 avrodur. Azarkeşlər üçün "National Arena Todor Proeski" stadionunda 1000 yer ayrılıb.

Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən şəxsiyyətini təsdiq edən sənəd üzərinizdə olmalıdır. Vauçerləri biletə dəyişmək üçün kassaların matçın start fitindən 2 saat öncə açılacağı bildirilib.

"Şkendiya" - "Qarabağ" oyunu avqustun 5-i keçiriləcək və saat 22:00-da (Bakı vaxtı ilə) start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti