Kadi burada oynamaq istəmir: “Heç kim təminat verə bilməz ki...”

1 Avqust 19:20 Qarabağ 2 180
Kadi burada oynamaq istəmir: “Heç kim təminat verə bilməz ki...”

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Kadi Borges Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Şelburn”a qarşı keçirilən görüş (1:0) haqda sualları cavablandırıb.

- Minimal hesablı qələbəni necə şərh edərdiniz?

- Çətin oyun oldu. Əsas odur ki, işimizi gördük və qalib gəldik. Yolumuza davam edirik.

- Penaltini qaçırmağınıza səbəb nə oldu?

- Penaltini yerinə yetirdim deyə qaçırdım. Vurmasaydım, qaçırmazdım (gülür).

- “Şelburn”la matçlarda fərqli mövqedə, dayaq yarımmüdafiəçisi kimi çıxış etdiniz. Bu, sizin üçün nə dərəcədə çətin idi?

- Mənim üçün heç bir çətinliyi yox idi. Üzərimə çox iş düşmürdü. Bir qədər müdafiəyə meyilli mövqedə olsam da, çətinlik çəkmədim.

- Səfərdəki nəticədən sonra azarkeşlər Bakıda da “Qarabağ”dan böyük hesablı qələbə gözləyirdilər. Buna nə mane oldu?

- Azarkeşlərlə bizim aramızda fərq odur ki, fərqli düşünürük. Futboldur, hər bir nəticə qeydə alına bilər. Udmaq da olar, uduzmaq da. Səfərdə 3 qol vurmuşduq, bəlkə bu baxımdan azarkeşlərin cavab görüşündə də bu cür nəticə gözləməyi normaldır. Lakin unutmayaq ki, hər matçda fərqlidir.

- Mərhələ adlamaqla “Qarabağ” minimum UEFA Konfrans Liqasının liqa mərhələsini təmin etdi...

- Mən Konfrans Liqasında oynamaq istəmirəm (gülür).

- Növbəti rəqib “Şkendiya”dır. Bu, sizin üçün gözlənilməz olmadı?

- Bizim üçün rəqibin fərqi yox idi. Öz komandamız barədə düşünürəm.

- “Qarabağ”la bağlı budəfəki planlarınız uzunmüddətlidir?

- Bəli, uzunmüddətlidir. Lakin futbolda hər şey mümkündür. Heç kim sabah nə olacağına təminat verə bilməz.

Digər Xəbərlər
Xəbər Lenti
1 Avqust 17:30 Çək və bizə göndər!