“Qarabağ”ın ÇL-də növbəti oyunlarının vaxtı

1 Avqust 13:40 Qarabağ 621
“Qarabağ”ın ÇL-də növbəti oyunlarının vaxtı

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya” ilə oyunlarının vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu ilk qarşılaşmanı səfərdə keçirəcək.

Şimali Makedoniyanın paytaxtı Skopyedəki matç avqustun 5-də baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 22:00-da veriləcək.

Cavab görüşü isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq və saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
1 Avqust 17:30 Çək və bizə göndər!